İsrail Almaniyaya aviasiya yanacağı göndərəcək

İsrail Almaniyaya aviasiya yanacağı

İsrail Almaniyanın müraciəti əsasında ona aviasiya yanacağı tədarük edəcək. Bu barədə ölkənin Energetika Nazirliyi bugün məlumat yayıb. Müraciət son günlərdə Hörmüz boğazı ətrafında yaranan böhran fonunda daxil olub.

Nazirlik bildirib ki, tədarüklərin koordinasiyası neft emalı zavodları ilə birgə həyata keçiriləcək. Lakin aviasiya yanacağının həcmi və çatdırılma müddətləri ilə bağlı detallara aydınlıq gətirilməyib.

Bundan əlavə, İsrail Almaniyanın təbii qaz təchizatının təmin olunmasına dəstək verə biləcək mümkün variantları da nəzərdən keçirəcək.

Qərar energetika naziri Eli Cohen və xarici işlər naziri Qideon Saar tərəfindən razılaşdırılıb. Saar bu barədə Berlində səfəri zamanı almaniyalı həmkarını məlumatlandırıb.

Avropa hazırda aviasiya yanacağı çatışmazlığı ilə bağlı artan narahatlıq yaşayır. Iran ilə bağlı müharibə Yaxın Şərqdən tədarükləri pozur və bu, yay turizm mövsümünün pik dövrü ərəfəsində vəziyyəti daha da gərginləşdirir.

MONETAR.AZ