Chevron Aralıq dənizində neft və qaz axtarışına başlayır

Chevron Aralıq dənizində neft və qaz

Chevron şirkəti Maltanın cənubunda neft və qaz ehtiyatlarının axtarışına başlamağı planlaşdırdığını açıqlayıb. Bu addım şirkətin Aralıq dənizi regionunda fəaliyyətinin genişləndirilməsi kimi qiymətləndirilir.

Məlumata görə, yeni kəşfiyyat işləri Malta yaxınlığında, Liviya, İtaliya və Tunis kimi böyük istehsalçı ölkələrin yaxın sularında aparılacaq.

Şirkət bildirib ki, bu mərhələdə yeni qazma işləri aparılmayacaq, yalnız mövcud geoloji məlumatlar və araşdırmalara əsaslanılacaq.

Chevron artıq Aralıq dənizi regionunda geniş aktiv portfelə malikdir. Buraya İsrailin Leviathan qaz yatağı və Tamar qaz yatağı layihələrində paylar, həmçinin Kipr sahillərindəki Aphrodite qaz yatağı layihəsi daxildir. Bundan əlavə, şirkətin Yunanıstan və Misir sahillərində də kəşfiyyat blokları mövcuddur.

Eyni zamanda rəqib ExxonMobil də Aralıq dənizi regionunda öz fəaliyyətini genişləndirməyə davam edir.

 

MONETAR.AZ