ABŞ-dan neft məhsullarının ixracı ötən həftə sutkada 8,2 milyon barelə çataraq tarixi maksimumu yeniləyib. Bu barədə ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) bugün açıqladığı məlumatda bildirilir.
Rekord həcmdə ixrac əsasən Amerika dizel yanacağına olan yüksək tələbatla əlaqədardır. Dizel ixracı da öz növbəsində tarixi maksimuma yüksəlib. ABŞ hazırda dizel, aviasiya kerosini və benzin daxil olmaqla, qlobal bazarlarda əsas yanacaq təchizatçılarından birinə çevrilib.
Ormuz boğazının faktiki bağlanması nəticəsində bir çox ölkələr təklif çatışmazlığı ilə üzləşib. Bu isə ənənəvi yanacaq təchizat marşrutlarını pozaraq, ABŞ ixracından asılılığı daha da artırıb.
MONETAR.AZ