"Bakıxanov-Çörək" ASC dividend məsələsini müzakirəyə çıxarır

"Bakıxanov-Çörək" ASC dividend məsələsini

Bakıxanov-Çörək ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 30 iyun 2026-cı il tarixində saat 11:00-da keçiriləcək.

Toplantıda şirkətin 2025-ci il üzrə illik hesabatı müzakirə olunacaq və təsdiq ediləcək. Bununla yanaşı, səhmdarlar ötən ilin nəticələrinə uyğun dividend ödənişi məsələsinə də baxacaqlar.

Yığıncağın gündəliyinə həmçinin cəmiyyətin müşahidə şurasının müfəttişinin seçilməsi məsələsi daxil edilib.

Şirkət bildirib ki, səhmdarlar gündəliklə bağlı materiallarla Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi 26B ünvanında iş günləri saat 10:00-dan 16:00-dək tanış ola bilərlər.

Ümumi yığıncaq Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi 37A ünvanında yerləşən “Badukubə” şadlıq evində keçiriləcək.

Səhmdarlar iclasda şəxsən və ya qanunvericiliyə uyğun qaydada rəsmiləşdirilmiş etibarnamə əsasında nümayəndələri vasitəsilə iştirak edə bilərlər.

MONETAR.AZ