"Giləzi-Yem" ASC zərər açıqladı – aktivləri azalıb

"Giləzi-Yem" ASC zərər açıqladı –

GİLƏZİ-YEM ASC 2025-ci il üzrə maliyyə hesabatlarını dərc edib. Hesabata əsasən, şirkət ili 184 min 286 manat xalis zərərlə başa vurub. Müqayisə üçün, 2024-cü ildə də şirkət 189 min 554 manat zərər etmişdi.

Şirkətin cəmi aktivləri il ərzində azalaraq 1 milyon 134 min 528 manata düşüb. 2024-cü ilin sonunda bu göstərici 1 milyon 335 min 60 manat idi. Azalma əsasən maşın və avadanlıqlar, eləcə də nəqliyyat vasitələrinin balans dəyərinin aşağı düşməsi ilə bağlı olub.

2025-ci ilin sonunda şirkətin pul vəsaitləri və onların ekvivalentləri 79 min 917 manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə azalma deməkdir.

Hesabata görə, şirkətin əsas əməliyyat gəlirləri 115 min 98 manat olub. Satışın maya dəyəri və inzibati xərclər ümumi mənfəəti zəiflədib. Ən böyük xərc maddələrindən biri isə 197 min manatlıq amortizasiya xərcləri olub.

Şirkətin qısamüddətli öhdəlikləri 553 min 267 manata qədər azalsa da, bu rəqəm hələ də kapitala yaxın səviyyədə qalır.

Bununla yanaşı, GİLƏZİ-YEM ASC-nin nizamnamə kapitalı dəyişməyərək 497 min 452 manat səviyyəsində qalıb. Şirkətin cəmi kapitalı isə 581 min 261 manat təşkil edib.

MONETAR.AZ