Bakı Şərab-2 ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 30 iyun 2026-cı il tarixində saat 11:00-da keçiriləcək.
Yığıncaq Bakı şəhəri, Arif Hacıyev küçəsi 136 ünvanında baş tutacaq və toplantıda şirkətin 2025-ci ilin yekunlarına dair əsas məsələlər müzakirə ediləcək.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
- 2025-ci il üzrə müəssisə hesabatlarının və yekun mühasibat balansının təsdiqi;
- Ünvan dəyişikliyi ilə əlaqədar şirkətin nizamnaməsinin yeni redaksiyada təsdiqi;
- İdarə heyətinin və sədrinin yenidən seçilməsi;
- Müşahidə şurasının və onun sədrinin yenidən seçilməsi.
Şirkət bildirib ki, səhmdarlar gündəlikdə yer alan materiallarla Bakı şəhəri, Nərimanov rayonu, Arif Hacıyev küçəsi 136 ünvanında tanış ola bilərlər.
Əlaqə telefonu: (012) 566-44-60.
MONETAR.AZ