YEVLAŞ-MƏİŞƏT ASC səhmdarlarının növbəti ümumi yığıncağı 24 iyun 2026-cı il tarixində saat 16:00-da Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 115 ünvanında yerləşən “Arena Plaza” biznes mərkəzində keçiriləcək.
Yığıncağın əsas gündəliyi şirkətin təşkilati-hüquqi formasının dəyişdirilməsi ilə bağlıdır. Belə ki, ASC-nin məhdud məsuliyyətli cəmiyyətə (MMC) çevrilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq.
Toplantıda 2025-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunları, mənfəət və zərərin bölüşdürülməsi, həmçinin icra orqanının təyin edilməsi məsələlərinə baxılacaq.
Bununla yanaşı, şirkətin dövriyyədə olan adi adlı sənədsiz səhmlərinin ləğv edilməsi, bunun üçün Azərbaycan Mərkəzi Bankına və Milli Depozit Mərkəzinə müraciət olunması da gündəlikdə yer alıb.
Səhmdarlar həmçinin MMC-yə çevrilmə zamanı iştirak paylarının müəyyənləşdirilməsi, yeni nizamnamənin təsdiqi və dəyişikliklərin dövlət qeydiyyatına alınması məsələlərini müzakirə edəcəklər.
Şirkət bildirib ki, gündəlik materialları ilə tanış olmaq istəyən səhmdarlar iclasdan 3 gün əvvəl cəmiyyətin icra orqanına müraciət edə bilərlər.
MONETAR.AZ