Yeni il ərəfəsində Şərq təqviminə əsasən At ili ilə bağlı maliyyə inancları yenidən gündəmə gəlib. İnanclara görə, At ili fəallıq, zəhmətkeşlik və maliyyə nizam-intizamını sevən dövr hesab olunur.
Məlumata əsasən, ilin uğurlu keçməsi üçün yeni ilə borcsuz daxil olmaq, evdə səliqə-sahman yaratmaq və pul kisəsində köhnə, yararsız əşyalardan xilas olmaq tövsiyə olunur. İnanclara görə, bu addımlar maliyyə axınının açılmasına kömək edir.
Bəzi inanclarda At simvolunun – fiqur, nal və ya təsvirin – evdə və ya iş yerində saxlanılmasının maddi rifah gətirdiyi bildirilir. Həmçinin qırmızı və qızılı rənglərin At ilində bolluq və uğur rəmzi olduğu qeyd olunur.
Mütəxəssislər vurğulayırlar ki, bu cür inanclar elmi əsas daşımır və daha çox psixoloji motivasiya xarakteri daşıyır. Bununla belə, maliyyə planlaması, qənaət və məsuliyyətli xərcləmə kimi vərdişlər ilin istənilən dövründə müsbət nəticə verə bilər.
Qeyd edək ki, Şərq təqvimi ilə bağlı inanclar bir çox ölkədə yeni il öncəsi ənənəvi mövzu kimi maraq doğurur.
Monetar.az