25 yanvar 2026-cı il tarixində Bakıda “Keçmişə səyahət” adlı retro-avtomobil festivalı təşkil olunacaq. Tədbir klassik avtomobil həvəskarlarını və avtomobil tarixi ilə maraqlanan hər kəsi bir araya gətirəcək.
Festival “Koroğlu” metro stansiyasının yaxınlığında yerləşən Bravo parkinqində keçiriləcək. Qonaqları retro-avtomobillərin sərgisi, keçmiş dövrlərin ab-havası və müxtəlif illərə aid unikal avtomobilləri yaxından görmək imkanı gözləyir.
Festivalda avtomobilini nümayiş etdirmək istəyən retro-avtomobil sahibləri 055-902-20-00 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
MONETAR.AZ