Beyons da rəsmən milyarder oldu

Beyons da rəsmən

Amerikalı məşhur müğənni Beyons şəxsi sərvətinin 1 milyard dolları aşması ilə rəsmi olaraq milyarder statusu qazanıb. Bu barədə məlumatı Forbes jurnalı yayıb. Məlumata görə, Beyons tarixdə milyarder statusu qazanan beşinci sənətçi kimi qeyd olunur.

Müğənninin sərvətinin artmasında son illərdəki uğurlu dünya turları və musiqi layihələri mühüm rol oynayıb. Xüsusilə “The Renaissance” turu Beyonsun karyerasında yeni kommersiya uğurlarına səbəb olub və onun sərvətinə əhəmiyyətli təsir göstərib.

Beyons yalnız musiqi sahəsində deyil, həm də moda və biznes layihələrində fəal iştirak edir. O, müxtəlif markalarla əməkdaşlıq edərək sərvətini artırmaqda davam edir. Bundan əlavə, müğənni bir neçə filantropik layihədə də iştirak edərək sosial sahədə nüfuzunu gücləndirir.

Mütəxəssislər hesab edirlər ki, Beyonsun milyarder statusu musiqi sənayesində qadın sənətçilər üçün böyük ilham mənbəyidir. Onun uğuru göstərir ki, istedad və davamlı səylə sənətçilər həm professional, həm də kommersiya baxımından yüksək nəticələr əldə edə bilərlər.

Monetar.az