Beynəlxalq elmi missiya dünya okeanındakı ən təhlükəli obyektlərdən biri sayılan Tveýts buzlağının tədqiqinə başlayıb.
“Qiyamət günü buzlağı” (ing. Doomsday Glacier) Qərbi Antarktidada yerləşən Tveýts şelf buzlağıdır.
Onun uzunluğu 120 km, sahəsi isə 120 min kvadrat kilometrdir. İqlim dəyişikliyi səbəbindən buzlaq sürətlə geri çəkilir və hər il təxminən 50 milyard ton buz itirir.
Tədqiqatçıların sözlərinə görə, buzlağın tam əriməsi dünya okeanının səviyyəsini 60 sm qaldıra bilər, ən pis ssenaridə isə bu göstərici 3–5 metrə çata bilər ki, bu da digər buzlaqların əriməsinə və fəlakətli iqlim dəyişikliklərinə yol aça bilər.
Alimlərin bildirdiyinə görə, peyk müşahidələri göstərir ki, isti okean suları buzlağın alt hissəsini daim aşındırır, çatların yaranmasına şərait yaradır.
Qəzetin məlumatına əsasən, ekspedisiya bir ay davam edəcək. Tədqiqatlar zamanı radarlar, qazma qurğuları və xüsusi sensorlardan istifadə olunacaq.
MONETAR.AZ