2026-cı ilin sentyabr ayında Azərbaycanda avtomobil ticarəti sektorunda Biznes İnam İndeksi mənfi zonada qərarlaşıb.
Monetar.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın “Pul siyasəti icmalı”nda məlumat verilib.
Hesabata əsasən, pərakəndə ticarətin ayrı-ayrı istiqamətləri üzrə biznes inamında fərqli dinamika müşahidə olunub.
Avtomobil ticarətində göstərici mənfi zonada olduğu halda, təsərrüfat malları və elektrik məişət avadanlıqlarının satışında müsbət zonada formalaşıb.