Bakı şəhərində Metadon mərkəzinin tikintisi ilə bağlı satınalma müsabiqəsinin nəticəsi açıqlanıb.
Monetar.az xəbər verir ki, layihənin icrası “SIRIUS CONSTRUCTION” MMC-yə həvalə edilib. Şirkətlə bağlanacaq müqavilənin dəyəri 849 min 333 manat 61 qəpik təşkil edir.
Tikinti işləri Bakı şəhəri, Nizami rayonu, Məmməd Şərifli küçəsi 163 ünvanında, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun ərazisində həyata keçiriləcək.
Satınalan təşkilat Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrinin Müdiriyyətidir.
Müsabiqə üzrə ehtimal olunan qiymət 874 min 720 manat 50 qəpik müəyyən edilib. Beləliklə, qalib şirkətin təklifi ehtimal olunan qiymətdən 25 min 386 manat 89 qəpik aşağı olub.
Satınalma müsabiqəsi 21 sentyabr 2026-cı il tarixində elan edilib. Təkliflərin qəbulu və zərflərin açılması 12 oktyabr 2026-cı il tarixində baş tutub.