2026-cı ilin III rübündə bankların əksəriyyəti əhalinin borclanma səviyyəsində dəyişiklik olmadığını, bir qismi isə artım müşahidə edildiyini bildirib.
Monetar.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair sorğusunun nəticələrində qeyd olunub.
Hesabata əsasən, sorğuda iştirak edən bankların 78%-i III rübdə əhalinin borclanma səviyyəsində dəyişiklik olmadığını bildirib. Bankların 22%-i isə borclanma səviyyəsində orta dərəcədə artım qeydə alındığını qeyd edib.
Beləliklə, əhalinin borclanma səviyyəsi üzrə diffuziya indeksi 17% təşkil edib. Bu göstərici əhalinin borclanma səviyyəsində artım meylinin davam etdiyini göstərir.
Qeyd edək ki, Mərkəzi Bankın hesabatında bu göstəricilər bankların qiymətləndirmələri əsasında hazırlanıb və əhalinin borc öhdəliklərinin mütləq məbləğini ifadə etmir.