Dünyanın aparıcı investisiya bankları bu valyutalara üstünlük verir

Dünyanın aparıcı investisiya bankları bu valyutalara

Dünyanın aparıcı investisiya bankları olan Deutsche Bank, JPMorgan Chase və Pioneer Investments müştərilərinə enerji resursları ixrac edən ölkələrin valyutalarına sərmayə qoymağı tövsiyə edir. Bu barədə Bloomberg yazır.

Bu strategiyanın əsas səbəbi İran ətrafında münaqişə və Brent nefti qiymətlərinin 108 dollardan yuxarı qalxması fonunda qlobal neft bazarının yenidən formalaşmasıdır.

Analitiklər inkişaf etmiş ölkələr arasında aşağıdakı valyutalara üstünlük verirlər:

  • Norveç kronu
  • Avstraliya dolları

Xammal ixracından əldə olunan yüksək gəlirlər bu ölkələrin iqtisadiyyatını gücləndirir və mərkəzi banklara faiz dərəcələrini artırmaq imkanı yaradır. Münaqişə başlayandan bəri Norveç kronu 2,5%, Avstraliya dolları isə 1% möhkəmlənərək G10 valyutaları arasında lider olub.

Bundan əlavə, Amundi Investment Institute İsveç kronu və Kanada dollarını da “əhəmiyyətli dərəcədə undervalued” hesab edir.

Pioneer Investments isə enerji resursları ilə zəngin inkişaf etməkdə olan ölkələrin yüksək gəlirli valyutalarına üstünlük verir:

  • Qazaxıstan (tenge)
  • Braziliya
  • Nigeriya

Bu ölkələr arasında ən güclü nəticəni Qazaxıstan tengesi göstərib. Yüksək neft və qaz qiymətləri fonunda valyuta təxminən 10% möhkəmlənib. Buna əlavə olaraq, faiz dərəcələrinin artırılması gözləntiləri və hedc fondlardan gələn kapital axını da tengeyə dəstək verir.

Əksinə, enerji idxalından asılı ölkələrin valyutaları zəifləyir. Hörmüz boğazı ətrafındakı böhran və bahalaşan neft fonunda:

  • Avro 0,5% dəyər itirib,
  • İndoneziya rupisi 2,5% ucuzlaşıb,
  • Hindistan rupisi isə dollara qarşı 3,4% zəifləyib.

Ümumilikdə, mövcud geosiyasi vəziyyət enerji ixracatçılarını və onların valyutalarını gücləndirir, idxalçılar isə artan xərclər səbəbindən təzyiq altında qalır.

 

MONETAR.AZ