Bu marşrut üzrə əlavə qatar reysləri təyin edilib

Bu marşrut üzrə əlavə qatar reysləri

Azərbaycan Dəmir Yolları (ADY) BakıAğstafa – Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.

Əlavə reyslər sərnişin tələbatını qarşılamaq məqsədilə 11 və 12 aprel tarixlərində həyata keçiriləcək.

Bildirilir ki, bu reyslər üçün biletləri dəmir yolu kassalarından, ADY-nin rəsmi saytından, eləcə də ADY Mobile tətbiqi vasitəsilə 10% endirimlə əldə etmək mümkündür.

Qeyd edək ki, BakıQazax – Bakı istiqamətində gündəlik müntəzəm reyslər də fəaliyyət göstərir.