Rusiya və Səudiyyə Ərəbistanı qarşılıqlı vizasız rejim tətbiq edəcək

Rusiya və Səudiyyə Ərəbistanı qarşılıqlı vizasız rejim

11 may tarixindən etibarən Rusiya ilə Səudiyyə Ərəbistanı arasında qarşılıqlı vizaların ləğvi haqqında saziş qüvvəyə minəcək. Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Rusiya vətəndaşları krallığa vizasız daxil ola biləcəklər. Lakin ölkədə qalma müddəti məhdudlaşdırılır: təqvim ili ərzində həm ardıcıl, həm də ümumi olaraq 90 gündən çox olmamalıdır. Qeyd olunur ki, səfərlər qeyri-kommersiya məqsədli olmalıdır. Vizasız rejim iş fəaliyyəti, təhsil və ya daimi yaşayış hallarına şamil edilmir.

Eyni qaydalar Rusiyaya səfər edən Səudiyyə Ərəbistanı vətəndaşlarına da tətbiq olunacaq.

MONETAR.AZ