SOCAR-ın qeyri-neft ixracından gəlirləri açıqlanıb

SOCAR-ın qeyri-neft ixracından

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi cari ilin yanvar–fevral aylarında qeyri-neft məhsullarının ixracından 27,4 milyon dollar gəlir əldə edib. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 43 milyon dollar azdır və təxminən 2,6 dəfə geriləmə deməkdir.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yanvar sayında məlumat verilib.

Ümumilikdə, Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2026-cı ilin ilk iki ayında 580,1 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,7% artım deməkdir.