Şokolad sevilən məhsullardan biri olsa da, onun istehlakı ölkələr üzrə fərqlənir.
Araşdırmaya əsasən şokolad xüsusilə Avropa ölkələrində və ABŞ-da geniş yayılıb. Bunun əksinə olaraq, Asiyanın bir çox ölkələrində insanlar şirin ehtiyaclarını daha çox alternativ qənnadı məhsulları ilə ödəyir.
Adambaşına istehlaka görə lider Almaniya hesab olunur. 2026-cı il üzrə bu ölkədə bir nəfərə düşən şokolad istehlakı 8,1 kiloqram təşkil edir. Onu 7 kiloqramla İsveçrə izləyir. İsveçrə yüksək keyfiyyətli şokolad istehsalı ilə tanınır və Toblerone, Lindt kimi məşhur markalara malikdir.
Böyük Britaniya da yüksək göstəricilərlə ön sıralarda yer alır - burada adambaşına istehlak 6,9 kiloqramdır.
Siyahının digər ucunda isə Hindistan və Çin qərarlaşıb. Bu ölkələrdə şokolad istehlakı müvafiq olaraq 0,3 və 0,1 kiloqram səviyyəsindədir.
Mütəxəssislər qeyd edir ki, bu fərqlər əsasən mədəni qida vərdişləri, bazar ənənələri və alternativ şirniyyat məhsullarının populyarlığı ilə bağlıdır.
MONETAR.AZ