Peyk interneti sahəsində yeni rəqiblər peyda olur

Peyk interneti sahəsində

Aşağı orbit peyk şəbəkələri vasitəsilə internet xidməti sahəsində hazırda dünyada əsas iki böyük operator mövcuddur: StarlinkOneWeb. Hər iki sistem qlobal internet təmin etsə də, onların texnoloji yanaşmaları fərqlidir.

ABŞ-ın SpaceX şirkətinə məxsus Starlink sistemi hazırda 10 mindən çox peykdən ibarət geniş şəbəkə ilə xidmət göstərir və bu rəqəmin gələcəkdə 15 minə və daha çoxa çatdırılması planlaşdırılır.

Bu model aşağı Yer orbitində yerləşən çoxsaylı peyklər vasitəsilə yüksək sürətli və aşağı gecikməli internet təmin etməyə yönəlib.

Fransa sahibkarlığına aid Eutelsat şirkətinin tərkibində fəaliyyət göstərən OneWeb isə 648 əsas və 6 sınaq peykindən ibarət şəbəkəsini 2024-cü ildə tamamlayıb.

OneWeb peykləri daha yüksək orbitdə yerləşir və bu səbəbdən hər peyk daha geniş ərazini əhatə edə bilir. Lakin bu yanaşma məlumat ötürülməsində bir qədər daha yüksək gecikmə (latency) yaradır.

Mütəxəssislərin fikrincə, OneWeb daha az və köhnə nəsil peyklərə sahib olduğu üçün yüksək sürətli və kritik vaxt tələb edən əlaqələrdə Starlink qədər effektiv deyil. Bu səbəbdən, xüsusilə hərbi və təcili rabitə sahələrində Starlink daha geniş istifadə olunur.

Məsələn, Ukrayna cəbhəsində bir çox bölmələr internet bağlantısı üçün Starlink sistemindən istifadə edir.

Hazırda bazara yeni peyk internet layihələri də daxil olur. Onların arasında Çinin QianfanXingwang proqramları, həmçinin ABŞ-ın Amazon Kuiper layihəsi yer alır.

Analitiklər hesab edirlər ki, yaxın illərdə peyk interneti bazarında rəqabət daha da güclənəcək və qlobal internet infrastrukturunda yeni mərhələ başlayacaq.

MONETAR.AZ