Ekspertlər xəbərdar edir: İsrail və İran "sonsuz müharibə" ssenarisinə doğru gedir

Ekspertlər xəbərdar edir:
16 İyun 2025 12:12

Yaxın Şərqdə gərginlik kritik həddə çatıb. İsrailin 13 iyun tarixində İrana qarşı başladığı hərbi əməliyyatlar bölgədə uzunmüddətli və nəzarətsiz bir münaqişə riski yaradır. Bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Ekspertlərin fikrincə, İsrailin əsas məqsədi -yəni İranın nüvə proqramını ləğv etmək reallıqdan uzaq görünür. İranın əsas obyektləri dərin yeraltı infrastrukturlarda yerləşdiyindən onların tam zərərsizləşdirilməsi çətin və zaman tələb edən prosesdir.

Tel-Əvivdə yerləşən Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun tədqiqatçısı Dənni Tsitrinoviç bildirib: “Əgər məqsəd İranın nüvə proqramını ləğv etməkdirsə və bu mümkün olmursa, o zaman biz sonsuz bir müharibəyə giririk.”

 Analitiklər bildirir ki, İran ordusunun arsenalı hələ də 1500-ə yaxın raketlə zəngindir və bu növbəti həftələrdə bombardmanların davam edə biləcəyini göstərir.

Hazırkı vəziyyət yalnız 2 ölkəni deyil, bütövlükdə regionun sabitliyini risk altına qoyur. Enerji bazarlarında və beynəlxalq siyasətdə də bu münaqişənin əks-sədası hiss edilməyə başlanıb.


Oxşar xəbərlər