Gürcüstan Ermənistandan iri həcmdə gül idxalını qadağan edib - Böhran

Gürcüstan zərərli həşəratlarla yoluxma səbəbindən Ermənistandan iri həcmdəgül dəstəsi idxalına qadağa qoyub.Monetar.az xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.
Məlumata görə, “Sadaxlı" nəzarət-buraxılış məntəqəsində 10 min çiçəkdən ibarət yük saxlanılıb.Fitosanitar yoxlaması zamanı müəyyən edilmiş tələblərə uyğunsuzluq aşkar edilib, bu səbəbdən yükün idxalına icazə verilməyib. Yük Ermənistana qaytarılıb.
“İrəvanla Tiflis arasında münasibətlərdə etimad böhranı yaranıb”. Bu barədə politoloq Suren Surenyants bildirib. O bildirib ki, Gürcüstan Ermənistandan böyük partiyanın, 10 min gülün idxalını qadağan edib. Rəsmi açıqlamaya görə, Gürcüstan-Ermənistan sərhədindəki Sadaxlı keçid məntəqəsində yoxlamalar zamanı gürcü gömrükçüləri bitkilərdə karantin zərərvericisi aşkar ediblər. Artıq bir aydan çoxdur ki, erməni brendi və şərab ixracatçıları da Gürcüstanda aparılan yoxlamalar və maneələrdən şikayətlənir, nəticədə Rusiya və digər ölkələrə gedən yük maşınları həftələrlə Gürcüstan gömrük postlarında ilişib qalır. Məsələn, dünən Gürcüstanın kənd təsərrüfatı nazirinin İrəvana səfəri zamanı müzakirə edilməli idi. Lakin iyunun 6-da Gürcüstanın kənd təsərrüfatı naziri David Sonqulaşvilinin Ermənistana səfəri ləğv edilib, bir gün əvvəl isə Gürcüstan Xarici İşlər Nazirliyi Ermənistanın futbol üzrə milli komandasının Gürcüstanda qeydiyyatda olan təyyarə ilə Kosovaya çarter reysi həyata keçirməsinə icazə verməyib. O qeyd edib ki, Ermənistan-Gürcüstan münasibətləri hazırda əməkdaşlıq və gərginlik elementlərinin birləşdiyi çətin mərhələdədir. Aydındır ki, İrəvanla Tiflis arasında münasibətlərdə etimad böhranı yaranıb.