Hollandiyanın baş naziri istefa verib - Böhran

Hollandiyanın baş naziri istefa verib
3 İyun 2025 21:12

Hollandiyanın baş naziri Dik Şoff çərşənbə axşamı ifrat sağçı siyasətçi Geert Vildersin Azadlıq Naminə Partiyasını sağçı koalisiyadan çıxarmasından bir neçə saat sonra istefa verəcəyini bildirib.

 

Vildersin partiyasından olan nazirlər hökuməti tərk edəcək, digərləri isə müvəqqəti kabinetdə çalışacaqlar.

 

Seçkilərin oktyabr ayına qədər baş tutması ehtimalı azdır və yeni hökumətin formalaşdırılması ənənəvi olaraq Hollandiyanın parçalanmış siyasi mənzərəsində aylar çəkir.

 

Reuters xəbər verir ki, çərşənbə axşamı günü Vilders partiyasının üzv olduğu koalisiyanın digər üç tərəfdaşının sığınacaq və immiqrasiya ilə bağlı fikirlərini dəstəkləmədiyi üçün tərk etdiyini söyləmişdi

 

Koalisiyaya daxil olan digər partiyaların indi höküməti qurmağa cəhd etmək imkanı var, baxmayaraq ki, onların bunu edəcəyi gözlənilmir. Bu arada müxalifət partiyaları yeni seçkilərə çağırıb.


Oxşar xəbərlər