Gəncəlilər ərzaq məhsullarına daha çox pul xərcləyirlər

Gəncəlilər ərzaq məhsullarına
5 Avqust 2025 10:29

2025-ci ilin yanvar-iyun aylarında Gəncədə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 799,5 milyon manatlıq mal satılıb. Bunun 523,6 milyon manatı ərzaq məhsulları, içkilər və tütün məmulatları, 275,9 milyon manatı isə qeyri-ərzaq malları olub. Eyni dövrdə Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara ümumilikdə 29 milyard 642.0 milyon manatlıq mal satılıb. Bu satışın 16 milyard 262.2 milyon manatı ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13 milyard 380 milyon manatı isə qeyri-ərzaq malları olub.

Gəncə ilə ölkə üzrə pərakəndə ticarət satışlarını müqayisə edərkən bəzi maraqlı fərqlər ortaya çıxır. Gəncədə ərzaq məhsullarına olan tələbat, ümumi satışın 65,5 %-ni təşkil edir. Bu, Azərbaycan üzrə müvafiq göstəricidən (54,9 %) daha yüksəkdir. Başqa sözlə, Gəncədə alıcılar ərzaq məhsullarına daha çox vəsait sərf edirlər.

Əksinə, qeyri-ərzaq mallarına olan tələbat Gəncədə daha azdır. Gəncədə qeyri-ərzaq mallarına sərf olunan vəsait ümumi satışın 34,5%-ni təşkil edir. Bu isə Azərbaycan üzrə göstəricidən (45,1%) aşağıdır. Yəni, qeyri-ərzaq mallarına olan maraq Azərbaycanda Gəncəyə nisbətən daha çoxdur.

Bu göstəricilər Gəncənin istehlakçı davranışları ilə bağlı maraqlı məlumatlar verir. Gəncədə alıcılar əsasən gündəlik ərzaq ehtiyaclarını qarşılamaq üçün daha çox xərcləyirlər, qeyri-ərzaq məhsullarına isə nisbətən az diqqət yetirirlər.

MONETAR.AZ


Oxşar xəbərlər