İstanbul və Antalya aeroportlarında adam əlindən tərpənmək olmur

4 Avqust 2025
10:15
Türkiyənin ən böyük sərnişin tutumuna sahib olan İstanbul və Antalya hava limanları rekord sayda uçuş qəbul edib. Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu bu barədə verdiyi açıqlamada hər iki hava limanının tarixində ən yüksək sərnişin və uçuş sayısına çatdığını bildirərək bunun Türkiyənin hava nəqliyyatındakı əhəmiyyətli inkişafı nümayiş etdirdiyini vurğulayıb.
İstanbul Hava limanı 2 avqustda 282 min 70 yolçu və 1698 uçuşla həm Türkiyədə, həm də Avropada ən yüksək sərnişin və uçuş sayı ilə yeni rekord qırıb. Bu göstərici havalimanının tarixində bir ilk olaraq qeyd edilib.
Antalya Hava limanı da eyni gün ərzində 1225 uçuş və 228 min 427 sərnişin ilə yeni bir rekorda imza atıb.
MONETAR.AZ