Dünyada müəllimlərin əməkhaqqı səviyyələri ölkələr üzrə kəskin fərqlənir. Bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən hazırlanan “Təhsilə Baxış 2025” hesabatında qeyd olunur.
Hesabata əsasən, bəzi ölkələrdə müəllimlərin illik maaşı 170 min ABŞ dollarını ötür. Ən yüksək göstərici Lüksemburq üzrə qeydə alınıb. Bu ölkədə müəllimlərin başlanğıc maaşı təxminən 100 min dollara yaxın, maksimal maaş isə 173 min dollardan çoxdur.
Yüksək maaşlı ölkələr sırasında Almaniya və İsveçrə də yer alır. Hər iki ölkədə müəllimlərin maksimal əməkhaqqı 120-137 min dollar arasında dəyişir.
Digər ölkələr üzrə göstəricilər:
- Meksika –75 min dollar
- Norveç – 77 min dollar
- Avstriya – 126 min dollar
- İspaniya – 87 min dollar
- Türkiyə – 77 min dollar
- Danimarka – 77 min dollar
- Niderland – 121 min dollar
- Avstraliya – 92 min dollar
- ABŞ – 83 min dollar
- İsveç – 67 min dollar
- Kanada – 87 min dollar
Orta hesabla müəllimlərin maksimal maaşı 76 min dollar təşkil edir.
Ekspertlər bildirirlər ki, bəzi ölkələrdə başlanğıc maaşlar 30 min dollardan aşağıdır və uzunmüddətli artım məhduddur. Bu isə müəllim çatışmazlığına və təhsilin keyfiyyətində fərqlərə səbəb ola bilər.
Hesabatda həmçinin vurğulanır ki, Kanada və Niderland kimi ölkələrdə maaş artımı daha sürətlidir və müəllimlər karyera ərzində gəlirlərini əhəmiyyətli dərəcədə artıra bilirlər.
MONETAR.AZ