“Bakı Marafonu 2026”nın keçirilməsi ilə əlaqədar mayın 3-də saat 09:00-dan etibarən tədbir başa çatanadək bir sıra küçə və prospektlərdə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.
Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, uzunluğu 42 km olan marafon Dövlət Bayrağı Meydanından start götürəcək və Dənizkənarı Milli Park ərazisindən, Dəniz Vağzalından, Neftçilər prospektindən, Ağ Şəhərdən, 8 Noyabr prospektindən, Yusif Səfərov küçəsindən, Sevgi parkından, Heydər Əliyev prospektindən, “Baku Arena”dan, İpək yolu küçəsindən, Müzəffər Nərimanov küçəsindən, Ziya Bünyadov prospektindən, Böyükşor küçəsindən, Böyükşor körpüsündən, Balaxanı dairəsindən, Böyükşor–Pirallahı yolundan, Bakı dairəvi avtomobil yolundan (Bilgəh–Pirallahı şossesi) keçərək Sea Breeze ərazisində başa çatacaq.
Sürücülərə və digər hərəkət iştirakçılarına marşrutlarını əvvəlcədən planlaşdırmaq, göstərilən istiqamətlərdə mümkün sıxlıqları nəzərə almaq və alternativ yollardan istifadə etmək tövsiyə olunur.