Bakıda həftəsonu bəzi yollar təmirə görə bağlanacaq

Bakıda həftəsonu bəzi yollar

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakıda yol təmir işlərinin həftəsonu da davam etdiriləcəyini açıqlayıb.

Məlumata görə, təmir səbəbindən bir sıra ərazilərdə hərəkət qismən və ya tam məhdudlaşdırılacaq:

  • Səməd Vurğun küçəsi (A.A. Bakıxanov və M. Mirqasımov küçələri arasında)
  • Rəşid Behbudov küçəsi (S. Rəhimov və S. Zeynalov küçələri arasında)
  • Vaqif prospekti (C. Hacıbəyli və S. Vurğun küçələri arasında)

Bu ərazilərdə məhdudiyyətlər işlərin gedişindən asılı olaraq 1 may saat 23:00-dan 4 may saat 07:00-dək qüvvədə olacaq.

Bundan əlavə, Bakı şəhərində Xarici Dairəvi yolda (“20 Yanvar” istiqamətində) 1–3 may tarixlərində saat 07:00-dan 23:00-dək hərəkət qismən məhdudlaşdırılacaq, gecə saatlarında isə (23:00–07:00) yol tam bağlanacaq.

Tam məhdudiyyət tətbiq olunan müddətdə nəqliyyat vasitələrinin hərəkəti alternativ olaraq Salyan şossesi istiqamətinə (Bibiheybət məscidi tərəfə) yönləndiriləcək.