Uber Honq Konqda genişlənmək üçün FlyTaxi xidmətini alır

Uber Honq Konqda genişlənmək üçün FlyTaxi

Uber Honq Konqda fəaliyyətini genişləndirmək planları çərçivəsində yerli taksi xidməti olan FlyTaxi-ni almaq barədə razılığa gəlib. Bu barədə Sing Tao Daily qəzeti məlumat yayıb.

Məlumata görə, Amerika şirkəti FlyTaxi-nin yerli bazardakı güclü mövqelərini öz qabaqcıl texnologiyaları və əməliyyat təcrübəsi ilə birləşdirməyi planlaşdırır. Sövdələşmənin maliyyə detalları açıqlanmayıb.

Bildirilir ki, satınalmadan sonra FlyTaxi adi rejimdə fəaliyyətini davam etdirəcək. Həm Uber, həm də FlyTaxi platformalarının mövcud sürücüləri və sərnişinləri bu dəyişikliklərdən təsirlənməyəcək.

MONETAR.AZ