Rusiya hansı halda benzin ixracına tam qadağa qoya bilər?

Rusiya hökuməti daxili yanacaq bazarındakı vəziyyətlə bağlı keçirilən müşavirədə benzin ixracına tam qadağa qoymaq qərarı qəbul etməyib. Bu barədə Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novakın mətbuat xidmətindən "Kommersant"a bildirilib.
Qəzetin verdiyi məlumata görə, bu təklif Federal Antiinhisar Xidməti (FAS) və Energetika Nazirliyi tərəfindən irəli sürülüb. O əlavə edib ki, bu qurumlar yanacaq bazarındakı vəziyyəti yaxından izləməyə davam edəcək və benzin topdansatış qiymətlərinin artması halında ixraca məhdudiyyətlər tətbiq edə bilərlər.
İyunun 27-də Novak qeyd etmişdi ki, Rusiya benzin ixracına tam qadağa qoyulması ideyası səsləndirilsə də, hökumətə bu barədə rəsmi təkliflər daxil olmayıb. O izah edib ki, hazırkı vəziyyətdə benzin ixracına qadağa istehsalçılara aid deyil. Novak hökumətdə istehsalçı olmayanlar üçün benzin ixracına mövcud qadağanın oktyabr ayına qədər uzadılmasının müzakirə olunduğunu da bildirib.
Fevralın sonunda hökumət benzin ixracına qoyulan məhdudiyyətləri 1 martdan 31 avqusta qədər uzatmışdı. Həmin vaxt qeyd olunmuşdu ki, qadağa neft məhsulları istehsalçıları tərəfindən həyata keçirilən tədarüklərə şamil edilməyəcək.
MONETAR.AZ