Rusiya ABŞ-a qarabaşaq yarmasının ən böyük tədarükçüsüdür

Rusiya ABŞ-a qarabaşaq yarmasının ən böyük

ABŞ-ın rəsmi statistika xidmətinin məlumatları əsasında RİA Novosti-nin apardığı hesablamalara görə, Rusiya 2025-ci ilin yanvar–oktyabr aylarında ABŞ-a qarabaşaq yarmasının ən böyük tədarükçüsünə çevrilib və bu mövqedə Kanadanı geridə qoyub.

Belə ki, on ay ərzində Rusiya şirkətləri ABŞ-a 1,8 milyon dollar dəyərində qarabaşaq yarması ixrac edib. Bu göstərici Kanadada 1,6 milyon dollar təşkil edib.

Hesablamalara əsasən, Moskva 2022-ci ildən bəri maksimum həcmdə qarabaşaq yarmasını Vaşinqtona tədarük edib. Həmin il amerikalılar bu məhsulu 3,3 milyon dollar dəyərində alıblar.

Nəticədə Rusiya qarabaşaq yarmasının tədarükündə Kanadanı geridə qoyaraq ABŞ bazarında bu məhsulun ən iri ixracatçısına çevrilib.