Birjalarda Brent neftinin qiyməti 64 dolları ötüb

Birjalarda Brent neftinin qiyməti

Mart ayı tədarükü üzrə Brent markalı neftin fyuçerslərinin qiyməti 5 dekabr 2025-ci ildən bəri ilk dəfə olaraq bir barel üçün 64 dollar həddini keçib.

Bu barədə Londonun ICE birjasının ticarət məlumatlarında bildirilir.

Brent neftinin qiyməti 64,14 dollar səviyyəsində olub. Daha sonra qiymətlərdə tədricən azalma qeydə alınıb və saat 23:19-da bir barel Brent nefti 63,81 dollardan ticarət edilib.

Monetar.az