Dünya birjalarında son qiymət dəyişiklikləri

Dünya birjalarında son qiymət

Kriptovalyuta bazarında gün ərzində əsasən məhdud dəyişikliklər qeydə alınıb. Ticarət sessiyasında ən çox diqqət çəkən geriləmə “Ether”də müşahidə olunub. Belə ki, bu kriptovalyutanın dəyəri 1,17 faiz azalıb.

Əmtəə bazarlarında kənd təsərrüfatı məhsulları üzrə ən yüksək artım kakao məhsulunda qeydə alınıb. Kakaonun qiyməti 12,34 faiz yüksəlib. Pambıq 3,54 faiz, buğda isə 2,63 faiz bahalaşıb. Günün eniş göstərən məhsulları sırasında yulaf 2,19 faiz, kanola isə 1,37 faiz ucuzlaşıb.

Metallar bazarında ən yüksək artım gümüş üzrə qeydə alınıb. Gümüşün qiyməti 6,78 faiz yüksəlib. Platin 3,93 faiz, mis 2,73 faiz, qızıl isə 0,13 faiz bahalaşıb.

Enerji bazarında təbii qaz qiymətlərində artım müşahidə olunub. Avropa təbii qazı 5,88 faiz bahalaşıb. ABŞ təbii qazı 5,57 faiz, Böyük Britaniya təbii qazı 5,15 faiz artıb. Eyni zamanda, “Brent” markalı neftin qiyməti 3,33 faiz, WTI markalı xam neft isə 3,24 faiz yüksəlib.

MONETAR.AZ