Bugün Asiya birjalarında ticarət zamanı qızılın qiymətləri əsasən sabit qalıb. İnvestorlar ABŞ və İran arasında əldə olunmuş kövrək atəşkəsi diqqətlə izləyir, eyni zamanda həftənin sonuna planlaşdırılan Donald Tramp ilə Çin Xalq Respublikasının sədri Si Cinpin arasında keçiriləcək görüşü gözləyirlər.
Spot qızılın qiyməti Bakı vaxtı ilə saat 06:18-ə olan məlumata görə 0,1% azalaraq bir unsiya üçün 4 729,18 dollara düşüb. ABŞ qızıl fyuçersləri isə əksinə, 0,2% artaraq bir unsiya üçün 4 738,00 dollara yüksəlib.
Dünən isə qiymətli metalın dəyəri 0,4% artmışdı.
MONETAR.AZ