60-dan çox ölkədən 1 325 rəhbərlə aparılan yeni araşdırma ailə şirkətlərinin artan qlobal təzyiqlər qarşısında islahata daha çox ehtiyac duyduğunu göstərir. BMT-yə görə qlobal ÜDM-in üçdə ikisini, məşğulluğun isə 60 faizini təmin edən ailə biznesləri artıq inflyasiya, geosiyasi gərginlik və rəqəmsallaşma kimi çağırışlarla üzləşir.
Hesabatda bildirilib ki, ənənəvi güclü tərəflər — məqsəd yönümlülük, uzunmüddətli kapital və etibar — artıq təkbaşına kifayət etmir. Şirkətlər çeviklik, texnologiya və müasir idarəetməyə daha çox sərmayə qoymalıdır.
Araşdırmaya görə, son bir ildə ailə şirkətlərinin yalnız 25 faizi ikirəqəmli satış artımı göstərib (iki il əvvəl bu göstərici 43 faiz idi). Gələcək investisiya planlarında müştəri təcrübəsi (55%), rəqəmsallaşma və texnologiya (53%) və yeni nəsil istedadlara yatırım (40%) üstünlük təşkil edir.
Bununla belə şirkətlərin yalnız 13 faizi süni intellekt və maşın öyrənməsindən geniş şəkildə istifadə etdiyini bildirib.
Monetar.az