“Aqrarkredit”in Toyota Land Cruiseri bu gün hərraca çıxarılır

 “Aqrarkredit”in   Toyota Land Cruiseri

27 noyabr 2025-ci il tarixində saat 12:00-da “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının balansında olan əmlaklar üçün təkrar hərrac keçiriləcək.

Hərraca 2011-ci il buraxılışlı Toyota Land Cruiser avtomobili çıxarılıb. Avtomobilin start qiyməti 33 600 manat, beh məbləği isə 3 360 manat təşkil edir.  Əmlak 3-cü dəfə, əvvəlki qiymətindən 30% endirimlə satışa çıxarılır.

Hərrac Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında, Hərrac Əmlak Xidmətləri Məkanında keçiriləcək. 

MONETAR.AZ