Azərbaycan Türkiyənin avtomobil məhsullarını daha çox almağa başlayıb

Azərbaycan Türkiyənin avtomobil məhsullarını daha çox

2025-ci ildə Azərbaycan Türkiyədən avtomobil sənayesi məhsullarının idxalını artırıb. APA xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Şurası məlumat yayıb.

Məlumata görə, ötən il Azərbaycana Türkiyənin avtomobil sənayesi məhsulları 94,95 milyon dollar dəyərində idxal olunub ki, bu da 2024-cü illə müqayisədə 1,5% çoxdur.

Qeyd olunur ki, təkcə dekabr ayında bu kateqriya üzrə Türkiyədən Azərbaycana ixracın həcmi 12,262 milyon dollar təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 22,8% artım deməkdir.

Ümumilikdə isə 2025-ci ildə Türkiyənin avtomobil sənayesi məhsullarının ixracı illik ifadədə 11,6% artaraq 41,521 milyard dollara çatıb. Dekabr ayında isə bu göstərici 8% artımla 3,761 milyard dollar olub.