"Bakı Kristal Zalı"nın gəlirləri xərclərini ödəmir

"Bakı Kristal Zalı"nın gəlirləri
9 Oktyabr 2025 11:46

"Bakı Kristal Zalı" MMC 2024-cü ili 2 milyon 405 min manat xalis zərər ilə başa vurub. Halbuki, şirkət 2023-cü ili 4938 manat xalis mənfəət ilə bağlamışdı. "Bakı Kristal Zalı"nın zərər ilə üzləşməsi gəlirlərinin azalması ilə bərabər xərclərinin də artmasıdır. 

 "Bakı Kristal Zalı" MMC-nin cəmi əməliyyat gəlirləri 2023-cü ildə 3 milyon 522 min manat ikən, 2024-cü ildə 2 milyon 697 min manata düşüb (825 min manat və ya 23% azlıb). 

Ötən il  "Bakı Kristal Zalı" əsas əməliyyat gəliri 2 dəfəyə yaxın artaraq 617 min manat, digər gəlirləri isə 1 milyon 174 min manat və ya 37% azalaraq 2 milyon 76 min manat təşkil edib. 

"Bakı Kristal Zalı" MMC-nin cəmi əməliyyat xərcləri 2023-cü ildə 3 milyon 516 min manat ikən, 2024-cü ildə 5 milyon 102 min manat yüksəlib (1 milyon 586 min manat və ya 45% artıb).

Ötən il Şirkətin 4 milyon 264 min manatlıq inzibati xərclərinin 1 milyon 451 min manatını əməkhaqqı xərcləri, 2 milyon 813 min manatını köhnəlmə və amortizasiya xərcləri təşkil edib.


Oxşar xəbərlər