Avropanın ən böyük iqtisadiyyatı dərinləşən böhranla üz-üzədir

Avropanın ən böyük iqtisadiyyatı dərinləşən
10 Oktyabr 2025 08:22

  2025-ci ilin avqustunda Almaniyanın ABŞ-a ümumi ixracı iyul ayı ilə müqayisədə 2,5 faiz azalaraq, ardıcıl beşinci ayda mənfi artım qeydə alıb.  Avrozonanın ən böyük iqtisadiyyatı olan Almaniyada böhran getdikcə pisləşir.

  Amerika bazarı alman istehsalçıları üçün əsas ixrac istiqamətlərindən biridir. ABŞ-ın gömrük siyasətinin sərtləşdirilməsi fonunda göndərişlər azalır. Bir sıra əsas alman mallarına idxal rüsumlarının artırılması Almaniya iqtisadiyyatının əsas sektorlarına, ilk növbədə avtomobil sənayesinə zərbə vurur.

  Buna baxmayaraq, ABŞ Almaniyanın ən mühüm ticarət və iqtisadi tərəfdaşı olaraq qalır. Yayın son ayında yerli istehsalçılar Amerika bazarına ümumilikdə 10,9 milyard avro dəyərində mal göndəriblər. Bununla belə, Almaniya statistika idarəsinin məlumatına görə, əldə edilən nəticə 2021-ci ilin noyabr ayından Almaniya ixracının 10,3 milyard dəyərində qiymətləndirildiyi vaxtdan bəri ən aşağı göstəricidir.

  Bundan əvvəl Hans-Böckler Fondunun Makro İqtisadiyyat və Biznes Dövrünün Tədqiqatları İnstitutunun (IMK) tədqiqat direktoru Sebastyan Dullien Trampın tariflərinin Almaniya iqtisadiyyatına mənfi təsiri barədə xəbərdarlıq etmişdi. ABŞ-ın aqressiv tarif siyasətinə görə Almaniyanın ticarət profisiti (ixrac və idxalın dəyəri arasındakı fərq) azalmağa başlayıb. 2025-ci ilin ilk yeddi ayında Almaniya ixracatında ən əhəmiyyətli azalma Almaniyanın iki əsas iqtisadi tərəfdaşı olan ABŞ və Çinə olub. İslahatlar olmadan Almaniyanın İqtisadiyyat naziri Katherine Reiche hesab edir ki, Berlin üçün ÜDM artımına nail olmaq son dərəcə çətin olacaq.

MONETAR.AZ


Oxşar xəbərlər