Mərkəzi Bank "Mpay"ə icrası məcburi göstəriş verib

9 Oktyabr 2025
17:26
Azərbaycan Mərkəzi Bankı (AMB) ödəniş bazarında fəaliyyət göstərən "Mpay" MMC-yə icrası məcburi göstəriş verib.
MONETAR.AZ bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, "MPay"də həyata keçirilən planlı yoxlamalar zamanı aidiyyəti qanunvericilik və normativ aktların tələblərinin pozulduğu üzə çıxıb. Odur ki, şirkətə "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunun 3.1-ci və 5.1-ci maddələrində nəzərdə tutulan fəaliyyətlərdən kənar xidmətlərin göstərilməsinin dayandırılması üçün icrası məcburi göstəriş verilib.