Keçmiş sovet respublikası qiymət artımına cavab verib Siemens Energy Azərbaycandan Qara dəniz vasitəsilə Avropaya yaşıl enerjinin çatdırılmasına kömək edəcək Daşınmaz əmlak sektoruna verilən kreditlər kəskin azalıb Ticarət müharibəsi qızışır: Çin ABŞ gəmilərinə əlavə ödənişlər qoyur Toyota ABŞ-da 393 000-dən çox avtomobilini arxa görüntü kamerası problemlərinə görə geri çağırır OpenAI dünyanın ən dəyərli startapı oldu – 500 milyard dollar Bakıda nə vaxtsa taxıl əkilib? – Rəqəmlərdən çıxan maraqlı nəticə Ticarət tərəfdaşlarının valyutaları manata qarşı bahalaşır Hərracda 29 min, bazarda 40 min manat - Avtomobili haradan almalı? Yeyinti məhsulları ixracında canlanma: artım 20 faizi keçdi Keçmiş sovet respublikası qiymət artımına cavab verib Siemens Energy Azərbaycandan Qara dəniz vasitəsilə Avropaya yaşıl enerjinin çatdırılmasına kömək edəcək Daşınmaz əmlak sektoruna verilən kreditlər kəskin azalıb Ticarət müharibəsi qızışır: Çin ABŞ gəmilərinə əlavə ödənişlər qoyur Toyota ABŞ-da 393 000-dən çox avtomobilini arxa görüntü kamerası problemlərinə görə geri çağırır OpenAI dünyanın ən dəyərli startapı oldu – 500 milyard dollar Bakıda nə vaxtsa taxıl əkilib? – Rəqəmlərdən çıxan maraqlı nəticə Ticarət tərəfdaşlarının valyutaları manata qarşı bahalaşır Hərracda 29 min, bazarda 40 min manat - Avtomobili haradan almalı? Yeyinti məhsulları ixracında canlanma: artım 20 faizi keçdi

Azərbaycan və Almaniya maliyyə əlaqələrini genişləndirir

Azərbaycan və Almaniya maliyyə
9 Oktyabr 2025 08:19

  Azərbaycan və Almaniya maliyyə sektorunda əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər. Bu barədə Azərbaycan Maliyyə Nazirliyi məlumat yayıb.

  Oktyabrın 8-də maliyyə nazirinin birinci müavini Anar Kərimov Almaniya-Azərbaycan Ticarət Palatasının təşkil etdiyi səfər çərçivəsində Almaniya şirkətlərinin və işgüzar dairələrinin nümayəndələri ilə görüşüb.

Görüşdə aşağıdakı müzakirələr aparılıb:

-alman maliyyə institutlarının Azərbaycanda layihələrin dəstəklənməsində iştirakı;
-dövlət borcunun idarə edilməsi sahəsində təcrübə mübadiləsi;
-dövlət-özəl tərəfdaşlıq mexanizmləri.

  A.Kərimov davamlı iqtisadi artımın, makroiqtisadi sabitliyin, fiskal intizamın təmin edilməsi istiqamətində görülən tədbirlərdən danışıb. O, Azərbaycan iqtisadiyyatının müsbət istiqamətdə inkişaf etdiyini, qeyri-neft sektorunun genişləndiyini, dövlət borcunun idarə edilməsində əldə olunan nailiyyətlərin və yüksək valyuta ehtiyatlarının maliyyə sabitliyini təmin etdiyini vurğulayıb.

  Bu siyasət sayəsində kənd təsərrüfatı, informasiya texnologiyaları, istehsal, logistika və yaşıl enerji kimi sektorlarda irəliləyiş müşahidə olunur.

  Kərimov, həmçinin, uzunmüddətli inkişaf gündəliyini dəstəkləməyə və prioritet layihələrin maliyyələşdirilməsi üçün yeni borclanma imkanlarının yaradılmasına yönəlmiş 2026–2030-cu illər üçün Dövlət Borcunun İdarə Edilməsi Strategiyasının işlənib hazırlandığını açıqlayıb.

  Almaniyanın maliyyə sektorunun nümayəndələri Azərbaycanın əlverişli biznes və investisiya mühitinin əməkdaşlıq və uzunmüddətli tərəfdaşlıq üçün geniş imkanlar yaratdığını qeyd ediblər.

  Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


Oxşar xəbərlər