Dövlət Xidməti 26 min manata 2 güşə sifariş verib

6 Avqust 2025
10:53
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsini Və Mühafizəsini Dövlət Nəzarət Xidməti regional bölmələr üçün guşələrin yaradılması və bədii tərtibat mallarının satın alınması məqsədilə tender elan edib.
Müsabiqənin ehtimal olunan qiyməti 25 920 manat 67 qəpik təşkil edir.
Tenderə təkliflərin son təqdim olunma tarixi 2025-ci il 27 avqust, saat 12:00-dır. Zərflərin açılışı da eyni tarixdə və saatda həyata keçiriləcək.
Tender çərçivəsində i Qarabağ və Lənkəran-Astara regional bölmələri üçün xüsusi guşələr hazırlanacaq. Hər 2 guşə üçün detallı texniki tələblər müəyyən edilib.
MONETAR.AZ