Şəkidə kredit faizləri əmanət faizlərindən 2 dəfə yüksəkdir

Şəkidə kredit faizləri əmanət faizlərindən
6 Avqust 2025 13:54

Şəki şəhərində 2025-ci ilin iyun ayı üzrə bank və maliyyə sektoruna dair əsas göstəricilər açıqlanıb.

Mərkəzi Bankın məlumatlarına əsasən, Şəki üzrə kredit portfelinin həcmi 181 milyon 364 min 600 manat təşkil edib. Bu kreditlər üzrə orta illik faiz dərəcəsi 19,7 faiz səviyyəsindədir. Diqqətəlayiq məqam ondan ibarətdir ki, vaxtı keçmiş kreditlərin nisbəti cəmi 1,1 faiz təşkil edir ki, bu da kreditlərin keyfiyyətinin yüksək olduğunu göstərir.

Şəki əhalisi tərəfindən banklarda yerləşdirilən əmanət portfeli 39 milyon 410 min 800 manata çatıb. Müddətli əmanətlər üzrə orta faiz dərəcəsi isə 10,1 faiz olub.

Şəkidə POS-terminalların sayı 1548-ə, bankomatların sayı isə 44-ə yüksəlib. 

MONETAR.AZ


Oxşar xəbərlər