Gömrük və ödənişli xidmətlərdən büdcəyə daxilolmalar azalıb

2025-ci ilin dövlət büdcəsinin gəlirləri ilə bağlı əsas göstəricilər açıqlanıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 10 560,8 milyon manat təşkil edərək proqnozdan 598,0 milyon manat və ya 6,0 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 26,9 milyon manat təşkil edərək proqnozdan 6,9 milyon manat və ya 34,4 faiz, sair daxilolmalar 488,0 milyon manat təşkil edərək proqnozdan 323,3 milyon manat və ya 2,96 dəfə çox və Dövlət Neft Fondundan transfert isə 8 447,3 milyon manat təşkil edərək proqnoza qarşı 100,0 faiz icra edilib.
Eyni zamanda, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 3 589,2 milyon manat təşkil edərək proqnozdan 102,8 milyon manat və ya 2,8 faiz az, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 368,7 milyon manat təşkil edərək proqnoza qarşı 117,5 milyon manat və ya 24,2 faiz az icra olunub.
MONETAR.AZ