Bu ilin yanvar-iyun ayları ərzində bazar subyektləri tərəfindən haqsız rəqabətə yol verilməsi ilə əlaqədar 131 işə baxılıb.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatına görə, baxılan müraciətlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyədək artım qeydə alınıb.
Agentliyin dərc etdiyi statistikaya görə, 2025-ci ilin yanvar ayından dekabr ayınadək ən çox müraciət ticarət sektoru ilə bağlı olub. Bu sahədə ümumilikdə 43 şikayət qeydə alınıb.
Haqsız rəqabətlə bağlı şikayətlərin sayına görə ikinci yerdə xidmət sektoru dayanır ki, bu da 20 müraciət təşkil edir.
Digər sahələr üzrə daxil olan müraciətlərin sayı belədir:
-
Qeyri-qida məhsulları – 11
-
İctimai iaşə – 11
-
İstehsal – 10
-
Qida məhsulları – 4
-
Tibb xidməti – 4
-
Dərman vasitələri və tibbi avadanlıqlar – 2
-
Rabitə xidməti – 1
-
Turizm xidməti – 1
- Digər -24
MONETAR.AZ