Reklam kampaniyası Jaquarı çətin vəziyyətə saldı

Britaniyanın lüks avtomobil istehsalçısı Jaguar "Copy Nothing" (“Heç Nəyi Kopyalama”) şüarı ilə başlatdığı yeni reklam kampaniyasına görə beynəlxalq ictimaiyyətin və sosial medianın sərt tənqidləri ilə üzləşib. 102 illik tarixinə yeni nəfəs vermək məqsədi daşıyan bu addım avtomobil brendini gözlənilən uğurdan daha çox mübahisələrin mərkəzinə gətirib.
Xəbər agentliklərinin məlumatına görə, kampaniyanın bir hissəsi olan 30 saniyəlik videoçarxda brendin ənənəvi dəyərlərindən uzaqlaşaraq "adi olanı sil" və "cəsarətli ol" kimi şüarlar ön plana çıxarılıb. Lakin bu reklamda avtomobil göstərilmədiyi üçün tamaşaçılar arasında çaşqınlıq yaranıb.
Bu kampaniyanın ardınca Jaguar-ın satışları 97,5% azalıb və brendin gələcəyi ilə bağlı ciddi suallar ortaya çıxıb. CNN-in xəbərlərinə görə, Jaguarın əvvəllər də rəhbərlik dəyişikliyi, köhnəlmiş model çeşidi və Almaniya, həmçinin Tesla kimi rəqiblərlə mübarizə kimi problemləri var idi.
Sosial şəbəkələrdə geniş tənqidlərə səbəb olan reklam videosu, həmçinin tanınmış şəxslər tərəfindən də birmənalı qarşılanmayıb. Teslanın rəhbəri Elon Musk, X platformasında "Siz avtomobil satırsınız?" deyə soruşaraq kampaniyanı ələ salıb. Bir çox istifadəçi videonu "başdansovma" və "özünü bəyənmiş" adlandırıb. Həmçinin, bu kampaniya mühafizəkar dairələrin də tənqid hədəfinə çevrilib və bəzi siyasi xadimlər tərəfindən sərt şəkildə pislənilib.
MONETAR.AZ