Azərbaycan Dəmir Yolları sistem analitiki axtarır

7 Avqust 2025
09:37
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sistem analitiki (İT) vəzifəsi üzrə vakansiya elan edib.
Təsvir
- Tələblərin toplanması, təhlili ,dizaynı və konseptləşdirilməsi;
- Toplanmış tələblər üzrə inkişaf (development), test və istifadəyə verilmə (deployment) əməliyyatlarının icrası;
- Biznes proseslərin modelləşdirilməsi;
- İstifadə halları/ssenariləri (Use Cases) və istifadəçi hekayələrinin (User Stories) formalaşdırılması;
- RESTFUL API, SOAP və Veb xidmətlərdən (web services) istifadə edərək xidmətlərin doğruluğunun yoxlanılması;
- Proqram təminatı və xidmətlərin manual testi və müştəri qəbul testlərinin (UAT) təşkil edilməsi;
- Funksional dəyişiklik və əlavələrin qeydiyyatının aparılması, təhlili və texniki komandaya icraata verilməsi;
- Boşluq Təhlili (Gap Analysis), təsir təhlili (Impact Analysis), funksional tələblər (FSD), biznes tələbləri (BRD), texniki tələblər (TRD) sənədlərinin tərtib edilməsi;
- Texniki və biznes görüşlərinin təşkili və görüş xülasələrinin (MoM) tərtib edilməsi;
- Funksional tələblərin texniki komandaya JİRA üzərindən ötürülməsinin təşkili və izlənilməsi;
- Texniki komandaya veriləcək tapşırıqların (task) texniki təfsilatının (description) hazırlanması;
- Keyfiyyət təminatı komandası (QAE) ilə müştərək işin təşkil edilməsi.
Tələblər
- Təhsil səviyyəsi: Müvafiq istiqamət üzrə bakalavr;
- İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 3 il;
- Proqram Təminatının İnkişaf Dövriyyəsi (SDLC) bilikləri;
- Tələblərin toplanması, dizayn, inkişaf, test və yerləşdirmə prosesləri haqqında biliklər;
- Biznes Proses Modelləşdirilməsi (BPM): Camunda, Visio, Lucidchart, Bizagi kimi alətlərdən istifadə bacarığı;
- İstifadə halları/ssenariləri (Use Cases), istifadəçi hekayələri (User Stories), funksional və qeyri-funksional tələbləri formalaşdırmaq bacarıqları;
- RESTFUL API, SOAP və Veb xidmətlər (web services) üzrə biliklər;
- Veb xidmətlər ilə işləmək üçün Postman alətindən istifadə bacarıqları;
- Məlumatların təlilin aparılması məqsədi ilə, SQL və NoSQL üzrə biliklər;
- Test ssenariləri, test halları (test case) və UAT (İstifadəçi Qəbulu Testi) bilikləri;
- Biznes Tələbləri Sənədi (BRD), Texniki tələblər Sənədi (TRD) və Funksional Spesifikasiyalar Sənədi (FSD) hazırlamaq bacarığı;
- Boşluq Təhlili (Gap Analysis) və Təsir Təhlili (Impact Analysis) aparmaq bacarığı;
- Agile, scrum, kanban və “waterfall” layihə idarəetmə metodları ilə işləmə bilikləri və təcrübəsi;
- JIRA, Confluence kimi alətlərdən istifadə bacarığı;
- Veb texnologiyaları barədə biliklər.
MONETAR.AZ