2045-ci ilə qədər bu peşələr tarixə qovuşacaq

 2045-ci ilə qədər bu  peşələr
7 Avqust 2025 10:21
Oksford Universitetinin apardığı araşdırmalara əsasən süni intellektin və robot texnologiyalarının sürətlə inkişafı nəticəsində gələcək 20 il ərzində bir sıra peşələr tarixə qovuşacaq. Bildirilir ki, xüsusilə logistika və daşımalar sahəsində süni intellektin tətbiqi genişlənəcək və bu, bir çox sahədə insan əməyinə olan ehtiyacı aradan qaldıracaq. Robotlar və avtomatlaşdırma sistemləri gündəlik işləri tam şəkildə yerinə yetirə biləcək.
Tədqiqatçılar hesab edir ki, 2045-ci ilə qədər aşağıdakı peşələr tamamilə yox ola bilər:
-Kassir
-Ofisiant
-Daşınma xidməti (yükdaşıma)
-Katib
-Anbar işçisi
-Mühasib
-Satış nümayəndəsi
-Təmir işləri
-Sığorta agenti
-Fermer
-Pilot
-Sürücü
Ekspertlərin fikrincə, texnologiya bu sahələrdə insan gücünü əvəz edəcək və bu da əmək bazarında ciddi struktur dəyişikliklərinə səbəb olacaq.

Oxşar xəbərlər