Süni intellektlə 26 yaşında milyard dollarlıq sərvət qazandı

Süni intellekt artıq elektron poçtlardan tutmuş hüquqi sənədlərə qədər gündəlik həyatın demək olar ki, hər sahəsində özünə yer tapıb. "Microsoft" və "Apple"dan tutmuş dövlət qurumlarına qədər bir çox böyük təşkilatlar ağıllı proqram təminatına milyardlarla dollar sərmayə qoyur. Bu nəhəng texnoloji addımın arxasında qısa zamanda milyardlarla dollar qazanc əldə edən yeni nəsil sahibkarlar durur.
Siyahının başında dünyanın ən böyük süni intellekt çip istehsalçısı "Nvidia"nın baş icraçı direktoru (CEO) Jensen Huang dayanır. Huangın xalis sərvəti 151 milyard dolları ötüb, şirkəti isə iyul ayında tarixdə ilk 4 trilyon dollarlıq şirkət adını qazanıb. "Nvidia"nın çipləri, "ChatGPT" kimi süni intellekt tətbiqlərinin əsasını təşkil edən hesablamaları təmin edir. Huangın şirkətin 3%-lik səhminə sahib olması, təkcə son bir ildə sərvətinin 300% artmasına səbəb olub.
Ən gənc milyarder adı isə cəmi 26 yaşlı Alexandr Uanqa məxsusdur. O, "Scale AI" şirkəti ilə böyük məlumatların təhlilinə əsaslanan süni intellekt həlləri təklif edir. 300-dən çox korporativ müştərisi olan "Scale AI" 2024-cü il etibarilə 14 milyard dollarlıq dəyərləndirməyə çatıb. Uanq hazırda 3,6 milyard dollarlıq sərvəti olan gənc texnologiya milyarderidir.
MONETAR.AZ