Ən çox satılan avtomobil markaları açıqlandı

İyul ayında Türkiyənin avtomobil bazarında ən çox üstünlük verilən marka "Renault" olub. Ay ərzində 10 min 76 ədəd satış həyata keçirən marka siyahının ilk pilləsinə yüksəlib. "Renault"dan sonra 6 min 869 ədədlə "Fiat", 5 min 709 ədədlə isə "Volkswagen" gəlir.
2025-ci ilin yanvar-iyul dövründə Türkiyədə avtomobil və yüngül ticari avtomobil bazarı ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 % artıb. Bu müddətdə ümumi satış sayı 715 min 695-ə çatıb. Avtomobil satışları 6,68% artaraq 572 min 198 ədəd, yüngül ticari avtomobil bazarı isə 5,77 % böyüyərək 143 min 497 ədəd olub.
Yanvar-iyul dövründə ən yüksək satış rəqəminə 64 min 578 ədədlə "Renault" çatıb. "Toyota" 42 min 155 ədədlə ikinci, "Volkswagen" isə 42 min 43 ədədlə üçüncü yerdə qərarlaşıb. İlin ilk yeddi ayında diqqət çəkən yüksəliş isə 29 min 284 ədəd satışla "BYD" markasından gəlib.
ƏN ÇOX SATILAN İLK 10 AVTOMOBİL MARKASI (YANVAR-İYUL 2025)
-
Renault – 64 578 ədəd
-
Toyota – 42 155 ədəd
-
Volkswagen – 42 043 ədəd
-
Fiat – 40 473 ədəd
-
Hyundai – 35 658 ədəd
-
Peugeot – 34 066 ədəd
-
BYD – 29 284 ədəd
-
Opel – 24 797 ədəd
-
Skoda – 23 359 ədəd
-
Citroën – 22 533 ədəd